“PAWER” layihəsinin növbəti tədbiri Polşa respublikasının Vroklav şəhərində baş tutub


    Erasmus + KA2 proqramı çərçivəsində 13-17 Noyabr 2017-ci il tarixlərində “PAWER” layihəsinin növbəti tədbiri baş tutub. Bakı Mühəndislik Universitetinin Pedaqogika Kafedrasının müdiri Dos. Cəmil Məmmədov  və Mexanika Mühəndisliyi kafedrasının müdiri Dos. Yadullah Babayev Polşa respublikasının Vroklav şəhərində baş tutan tədbirdə iştirak etmək üçün ezam olunmuşlar.  Dos. Cəmil Məmmədv və Dos. Yadullah Babayev  Vroklav Ətraf mühit və Həyat Universitetində keçirilən “Kredit köçürmələrinin və qiymətləndirmə sisteminin tanınması” mövzusunda təlimlərdə iştirak ediblər.

   İtaliyanın L’Aquila Universiteti layihənin koordinatoru, İngiltərənin Middlesex Universiteti isə təlimlərin təşkilatçısı olmuşdur. Təlimlərdə İngiltərə, İtaliya, Polşa, Macarıstan, Bolqarıstan, Rusiya, Azərbaycan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Gürcüstan və Monqolustandan 20-ə yaxın universitetin nümayəndələri  iştirak etmişdir.Təlimlərin məqsədi tələbə mübadilə prosesi və qaydalarının Avropa Universitetləri tərəfindən digər ölkələrin nümayəndələrinə öyrədilərək onları təlimçi kimi hazırlayaraq öz universitetlərində bu işlə əlaqəli təlimlər keçməsidir. Keçirilən mövzular iştirakçı ölkələrdə Boloniya üzrə ixtisasların çəərçivə sənədi ilə tanışlıq, tələbə mübadiləsi üzrə nizamnamənin hazırlanması, fənnlər üzrə təlim nəticələrinin yaxlanılması, AKTS-in (Avropa Kreditlərinin Transfer Sistemi) istifadəsi, kreditlərin köçürülməsi, qiymətlərin hesablanması və strukturun qurulması ilə baölı mövcud çətinliklərdən ibarət olmuşdur.