Bakı Mühəndislik Universiteti — Ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisəsidir   

 

    Universitet Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə, 8 noyabr 2016-cı il tarixində yaradılmışdır.

 

   Universitetdə Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsinə əsasən mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığının həyata keçirilməsi nəzərdə tutulmuşdur

   Universitetimizdə 4076 tələbə Ali Təhsilin müxtəlif pillələri( bakalavr, magistr, doktorantura ) üzrə təhsil alır. Onlardan 207-i xarici tələbələrdir. Mübadilə proqramları əsasında universitetimizdə 1 tələbə, universitetdən isə 20 tələbə xaricdə təhsil alır. Universitetin Hazırlıq kursu - Dillər Məktəbində 1000-ə qədər tələbə ingilis dilini öyrənir

 

 

TƏMƏL DƏYƏRLƏR

 

 E N G İ N E E R