Elmi Məqalə Müsabiqəsi


Azərbaycan Respublikası Təhsil Nazirliyi və

Bakı Ekspo 2025 Əməliyyat Katibliyi

İnsan kapitalı inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunda

Elmi Məqalə Müsabiqəsi 

 

Elan edir

 

 2025-ci ildə keçiriləcək Ümumdünya Ekspo Sərgisinə ev sahibliyi etməyə namizədliyi irəli sürən şəhərlər arasında Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin də adı vardır. Bakının namizədliyinin dəstəklənməsi və Sərginin ölkəmizdə keçirilməsi ilə bağlı potensial imkanların təqdim edilməsi baxımından Sərginin prioritet mövzusu olaraq seçilmiş insan kapitalının inkişafı məsələlərinə dair elmi əsasların yaradılması mühüm aktuallıq kəsb edir.

Bunun əlaqədar olaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Bakı Ekspo 2025” Əməliyyat Katibliyi “İnsan kapitalını

inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunda Elmi Məqalə Müsabiqəsi elan edir.

 

Müsabiqənin mövzular aşağıdakılardır:

           

              1. İstedad: təhsilin gələcəyi

- təhsil davamlı inkişafın mühüm komponenti kimi;

- keyfiyyətli təhsil insan kapitalının formalaşmasında əsas amili kimi;

- multukultural dəyərlərin inkişafında ali təhsil və elmin rolu;

- təhsil-elmi-innovasiya modeli və qlobal çağırışlar;

- yaradıclıq, mədəniyyət və incəsənət ənənələri vəhdəti: təhsilin spektrindən gələcəyə baxış.

 

              2. Sağlamlıq: səhiyyənin gələcəyi

- Sağlamlıq üzrə qlobal çağırışlar;

- sağlam cəmiyyət qurulucuğu və insan resurslarının inkişaf etdirilməsi;

- əlilliyi olan insanlar üçün bərabərhüqhqlu cəmiyyət quruculuğu;

- qida təhlükəsizliyi: yeni konsepsiyalar və perspektivlər;

- ətraf mühitin qorunmasının insan kapitalının inkişafında ətraf rolu.

 

              3. Nəaliyyətməşğulluğun gələcəyi

- Qlobal əmək bazarında əsas inkişaf trendləri;

- məşğulluq siyasəti modellər: dünya təcrübəsi;

- innovasiyaların inkiçafı və məşğulluq arasında qarşılıqlı bağlılıq;

- demoqrafik dəyişikliklərin insan kapitalının inkişafına potensial təsirləri;

- rəqəmsal era: məşğulluğun təmin olunması üzrə yeni yanaşmalar.

 

Müsabiqədə hüquqi-təşkilatı formasından asılı olmayaraq istənilən ali təhsil müəssisəsinin elmi-pedoqoji heyət üzvləri, o cümlədən doktorantç dissertant və magistrantları iştirak edə bilər. Müsabiqədə yaşı 35-ə qədər olan gənclər iştirak edə bilər.

 

Xahiş olunur əlavə müsabiqə qaydalarına baxın.

 

İştirak etmək istəyən şəxslər 30 oktyabr 2018-ci il tarixinə qədər məqaləni (competition@bakuexpo2025.com) elektron poçt ünvanına göndərməlidirlər.

Əlaqə (+99412) 599-115 ext. 5301