EducationUSA Fair


 

“Amerika Təhsil Sərgisi” ABŞ Səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə keçirilir. Sərgidə 10 Amerika universitet və kolleclərinin nümayəndələri iştirak edəcək!
 
ABŞ-da bakalavr, magistr, ingilis dili və ya qısa müddətli proqram üzrə təhsilinizi həyata keçirməyi planlaşdırırsınızsa, universitet nümayəndələri sizə Birləşmiş Ştatlarda fərdi ehtiyaclarınıza cavab verən proqramlarla dair məsləhətlər verəcək və əlaqələndirəcəklər. Hər kəs qəbul prosesi, maliyyə yardımı imkanları, təqaüd və mübadilə proqramları barədə universitet nümayəndələri ilə birbaşa müzakirə etmək imkanı qazanacaq.
 
Qeydiyyat üçün aşağıdakı linkə keçin:
https://www.surveymonkey.com/r/baku2017
 
Tələbələr ABŞ universitet nümayəndələri tərəfindən təşkil edilən seminarda iştirak edə və viktorinaya qatılaraq, ABŞ mədəniyyət və təhsil sistemi ilə bağlı biliklərini sınayacaq və EducationUSA-dən mükafatlar qazanacaqlar.
 
Sərginin yeri: Park İnn Otel
Zal: Dan Ulduzu
Tarix: 20 Oktyabr, 2017
Təqdimat vaxtı: 15:00 – 16:00
Vaxt: 16:00-19:00
Ünvan: Azadlıq prospekti, 1
 
Sərgi və iştirak edən universitetlər haqda əlavə məlumat üçün www.americancouncils.az saytına baxın.
Giriş sərbəstdir!