Bakı Mühəndislik Universiteti Yıldız Texniki Universiteti ilə tələbə mübadiləsi elan edir!


  Bakı Mühəndislik Universiteti Türkiyənin Yıldız Texniki Universiteti ilə İkitərəfli müqavilə əsasında tələbə mübadiləsi elan edir. Payız və ya yaz smesterini Yıldız Texniki Universitetində oxumaq istəyən tələbələr müraciət edə bilərlər.

 

Tələb olunan sənədlər:

  • Transkript
  • CV
  • Hazırda təhsil aldığınız universitdən arayış
  • Xarici pasportun surəti(scan olunmuş formada)
  • 3 ədəd fotoşəkil

 

 

   Müraciət formu:

http://www.kalite.yildiz.edu.tr/login/sys/admin/subPages/img/FR-006-Student%20Exchange%20Program%20Application%20Form%20For%20Incoming%20Students.doc

   Tədris müqaviləsi:

http://www.kalite.yildiz.edu.tr/login/sys/admin/subPages/img/FR-011-Student%20Learning%20Agreement%20(Incoming%20Student%20and%20Free%20Mover).doc

 

Müraciət üçün son tarix:


Payız smestri üçün: 31 İyul, 2018

Yaz smestri üçün: 28 Dekabr, 2018

 

 *Qeyd edək ki, ödənişli əsaslarla təhsil alan və mübadilədə iştirak ermək istəyən tələbələr təhsil haqqını Bakı Mühəndislik Universitetinə ödəməlidirlər. Yıldız Texnik Universiteti heç bir ödəniş haqqı tələb etməyəcəkdir. Tələbələr özləri səyahət, yaşayış, sağlamlıq, sığorta və digər xərclərə görə məsuliyyət daşıyır.

 

 

*Qeyd edilən bütün sənədlər Beynəlxalq Əlaqələr şöbəsinə təqdim edilməlidir (ghasanova@beu.edu.az).