CommTECH Düşərgəsi İcmalı 2019


Əziz tələbələr!

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən Təhsil Nazirliyinə daxil olmuş məktuba əsasən 23 yanvar – 05 fevral 2019-cu il tarixlərində İndoneziyanın Sepulah Nopember Texnologiyalar İnstitutu tərəfindən “CommTECH Düşərgəsi İcmalı 2019” qısa kurslar keçiriləcəkdir. Qeyd edək ki “CommTECH Düşərgəsi” 2012-ci ildən etibarən mütəmadi olaraq hər il keçirilir.“CommTECH Düşərgəsi İcmalı 2019” aşağıda qeyd olunan 5 kursu təklif edir.

 

1 Qısa kurs A: Fəliyyətdə ictimai birlik

2 Qısa kurs B: Semərəli enerji avtomaşınların layihələndirilməsi və yaradılması

3 Qısa kurs C: Oyun animasiyası və əşyaların interneti təqdimatı

4 Qısa kurs D:Gəmi toqquşması naviqasiya təhlükəsizliyi və riskin qiymətləndirilməsi

5 Qısa kurs E: İndoneziya və incəsənəti kəşf etmək.

 

Qeyd edək ki, proqram ümumilikdə 14 gün müddətində olacaqdır və proqramda iştirak üçün olan ödəniş 1600 USD-dir. Proqram iştirakçılara 3 tip təqaüd təklif edir:

1. Tam təqaüd

2. 50% təqaüd, ödənişin yarısı.

3. 1000 USD ödəniş.

Təqaüdçülər qeydiyyatdan keçmiş iştirakçılar arasından təsadüfi olaraq seçilir.

 

Tələb olunan sənədlər:

 

1. Doldurulmuş müraciət forması

2. Pasportun skan olunmuş forması

3. Universitetiniz tərəfindən verilən referans məktubu 

4. Tələbə biletinin yaxud universitet tərəfindən verilən arayışın skan forması

 

Sözü gedən proqrama qeydiyyat üçün son tarix 21 dekabr 2018 dir.

 

Qeydiyyatdan keçmək və proqram haqqında ətraflı məlumat almaq üçün : www.international.its.ac.id/commtech-insight-2019/   linkindən istifadə edə bilərsiniz.