“Huawei” şirkəti Seeds for future-2018 adlı layihə təşkil edir


Əziz tələbələr!


“Huawei” şirkəti tərəfindən təşkil olunan və şirkətin Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyi tərəfindən dəstəklənən “Seeds for future-2018” adlı layihənin iştirakçısı olmaq istəyirsinizsə, Azərbaycanın müxtəlif ali təhsil müəssisəslərindən seçiləcək olan 10 nəfər tələbədən biri siz ola bilərsiniz!
Layihə iştirakşısı ola bilmək üçün tələblər:
 Ölkə pasportuna sahib olmalı;
 Huawei biznes maraqları ilə əlaqədar İKT sahəsində ixtisaslaşmış və ya STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) elmləri üzrə qeydiyyatdan keçmiş tələbələr olmalı;
 ikinci və daha yuxarı kurs tələbələri olmalı;
 seçim zamanı yaş həddi 30-dan aşağı olmalı;
 Əla akademik bacarıq nümayiş etdirməli;
 Rabitə və texnologiyaya böyük maraqları olmalı;
 İngilis dilində səlis danışmalı;
 Mandarin (rəsmi dil) haqqında bəzi məlumatlara sahib olmalı və ona dair maraqları olmalı;
 Çin mədəniyyətinə dair müsbət münasibət bəsləməli.
Layihə çərçivəsində seçilmiş tələbələr, informasiya texnologiyaları inkişafında ən yeni nəaliyyətləri öyrənmək və tədqiqat aparılmaq üçün cari ilin 03-14 dekabr tarixləri arasında Çin Xalq Respublikasının Pekin və Şenjen şəhərlərinə göndəriləcəklər. Eyni zamanda, həmin tədqiqatları apararkən onlar nəinki mobil internet və bulud hesablaması kimi informasiya və kommunikasiya sahəsində ən yeni inkişafları anlayacaq, həmçinin, xəttatlıq və rəssamlıq kimi Çinin ənənəvi mədəniyyətinə yiyələnəcəklər.
Məlumat üçün bildiririk ki, “Seeds for future”dünyada ən böyük sərmayəsi olan Huawei-in qlobal CSR qabaqcıl layihəsidir və uzun müddət CSR fəaliyyətlərinə sərmayə qoymağa davam edəcəkdir. Layihə, 2018-ci ildə “Huawei” tərəfindən yerli İKT qabiliyyətlərini inkişaf etdirmək, məlumatların ötürülməsini gücləndirmək, insanların anlayışını və İKT sənayesinə marağın artırılmasına yardım etmək, ölkələrin və bölgələrin rəqəmsal birliklərinin yaradılmasında iştirakını təşviq etmək üçün başladılmışdır.                          

Seçim prosesinə daxildir:

 Tələbənin İKT sənayesi ilə bağlı fikirlərini və ya maraqlarını, onun proqrama uyğunluğunu və ölkənin İKT sənayesinin inkişafı haqqında fikir və təkliflərini nümayiş etdirən Inigilis dilində hazırlanmış bir yazı.(Motivation Letter)

 Özünü təqdim edən və İKT haqqında düşüncələrinə dair İngilis dilində tərtib edilmiş 2 dəqiqəlik bir video.Uyğun olan şagirdlər münasib məzmunu poçt ünvanına çatdıra bilərlər: zhong.jing@huawei.com

Son tarix 01 noyabr.