Xarici Əlaqələr və Layihələrin İdarə olunması


   Xarici Əlaqələr və Layihələrin İdarə olunması şöbəsinin web səhifəsinə xoş gəlmisiniz. Xarici Əlaqələr və Layihələrin İdarə olunması şöbəsi  Bakı Mühəndislik Universitetinin Xarici Əlaqələr üzrə Prorektorluğuna tabe olan şöbədir. Şöbənin məqsədi ümumi olaraq universitetin beynəlxalq təhsil məkanında tanınmasını dəstəkləməkdir.

        Xarici Əlaqələr Ofisinin spesifik məqsədləri aşağıdakı kimidir

  • Tələbə müəllim heyətinə mübadilə imkanları təqdim etmək;
  • Yerli və xarici beynəlmiləlləşmə proqramları vasitəsi ilə universitetin beynəxalq təhsil məkanında tanınırlığını dəstəkləmək;
  • Fakultə və Kafedraların xarici əməkdaşlıq imkanlarını müəyyən edib məlumatın yönləndirilməsi;
  • Beynəlxalq potensial tərəfdaşlarla universitet arasında vasitəçi rolunu oynamaq;
  • Bakı Mühəndislik Universitetinin beynəlxalq yönünün inkişaf etdirilməsi üçün beynəlxalq imicinin formalaşdırılması;
  • Beynəlxalq təşkilatlar, universitetlər və dövlət qurumlarının Bakı Mühəndislik Universitetinə işguzar səfərlərinin təşkilini etmək