Karl Fridrix Gördeler Kollecinin 2019/2020-ci illər üçün təlim proqramı


Əziz izləyicilər!

 

Karl Fridrix Gördeler Kollecinin 2019/2020-ci illər üçün təlim proqramına onlayn sənəd qəbuluna start verilir. Biz uzun illərdən bəri gənc liderlərə dəstək olur, onlara ictimai faydalı və innovativ layihələrin həyata keçirilməsində birbaşa yardım edirik. Kollecdə iştirak uzunmüddətli akademik məzuniyyət tələb etmir. Kollecin tədris dili alman dilidir.

 

Program Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan, Moldova, Rusiya, Ukrayna və Türkiyədən olan bu günün və sabahın liderlərinə yönəlib. Müraciət üçün son tarix 18 fevral 2019-cu ildir.

 

Kollecin mahiyyəti

Yaxşı idarəetmə naminə Karl Fridrix Gördeler Kolleci bir illik ixtisasartırma proqramı olmaqla, inzibati idarəetmə, iqtisasdiyyat və vətəndaş cəmiyyəti sahələrində ictimai faydalılıq və məsuliyyət prinsipləri əsasında fəaliyyət göstərən hər kəs üçün açıqdır. İştirakçılar bir il ərzində üç seminar proqramında iştirak edir və ölkələrində öz yaxşı idarəetmə layihələrini həyata keçirirlər.

 

Gördeler Kolleci Robert Boş fondunun Alman Xarici Siyasət Cəmiyyəti (DGAP) ilə birgə həyata keçirdiyi bir proqramdır. Avropa Komissiyasının sabiq vitse-prezidenti prof. Günter Ferhoygen (Günter Verheugen) kollecin direktoru qismində proqramda iştirak edir.

 

Kollecdə iştirak etməklə aşağıdakı imkanlardan faydalanmaq olar:

 

Yaxşı idarəetmə, sahələrarası əməkdaşlıq və innovasiya menecmenti mövzularında akademik və praktik tədris proqramı;

Siyasi, iqtisadi və ictimai təşkilatların strukturu ilə ekskluziv tanışlıq;

Müxtəlif ölkələrdən olan gənc liderlərlə beynəlxalq şəbəkələşmə və təcrübə mübadiləsi;

Liderlik, innovasiya və layihə menecmenti üzrə şəxsi bacarıqların inkişafına yönələn təlimlər;

Təcrübəli layihə menecerlərinin dəstəyi ilə fərdi yaxşı idarəetmə layihəsinin həyata keçirilməsi.

Seminarlar alman dilində keçirilir. Bütün xərclər təşkilatçılar tərəfindən qarşılanır.

Proqramın müddəti: Avqust 2019 – Avqust 2020

 

Kimlər müraciət edə bilər?

Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan, Moldova, Rusiya, Ukrayna və Türkiyədən olan bu günün və sabahın liderləri kollecə müraciət etmək hüququna malikdirlər. Namizədlər aparıcı vəzifədə uzun müddət iş təcrübəsinə malik olmalı, cəmiyyət üçün faydalı innovativ layihə ideyası təqdim etməli və alman dilində sərbəst ünsiyyət qurmağı bacarmalıdırlar.

 

Son müraciət tarixi: 18 fevral 2019

 

Proqram marağınıza səbəb oldusa, ...

Gördeler Kollecinə müraciət haqqında ətraflı məlumatı www.goerdeler-kolleg.de internet səhifəsindən və Facebook ünvanından əldə edə bilərsiniz.

DGAP tərəfindən əlaqələndirci şəxs: Claire Luzia Leifert (Tel: +49 30 254231-92, goerdeler-kolleg@dgap.org)

 

Azərbaycanda əlaqələndirici şəxs: Cəmilə İsmayılzadə (goerdeler-kolleg-AZ@dgap.org)

 

Dərin hörmət və ehtiramla,

 

Claire Luzia Leifert

Layihənin əməkdaşı

Carl Friedrich Goerdeler-Kolleg für Good Governance

Deutsche Gesellschaft für Auswärtige Politik e.V.