MULTİKULTURALİZM TƏLƏBƏ KLUBU


Biz böyük bir MULTİKULTURALİZM ailəsiyik...

Bu ili multikulturalizm ili kimi bütün dünyaya hədiyyə edən hörmətli prezidentimiz İlham Əliyevin bizlərə göstərdiyi diqqətin bir nümunəsidir.

Bizim hədəfimiz: multi mədəniyyətlərin, millətlərin, irqlərin və dinlərin necə bir arada sülh və qardaşlıq çərçivəsi içərisində yaşadığını göstərməkdir. 

Hazırda Bakı Mühəndislik Universitetində 18 ölkədən 124 tələbə təhsil alır. Bu ölkələr: Rusiya, Çad, Çin, Gürcüstan, İran, İraq, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Tacikistan, Misir, Mozambik, Moldova, İndoneziya, Peru, Myanma, Ukrayna respublikasının vətəndaşlarıdır.

Aydın bir gələcək üçün ilk şərtimiz olaraq hörmətli prezidentimiz İlham Əliyevin dediyi kimi mədəniyyətlərarası dialoq bizim üçün birinci sıradadır. Əgər gözəl bir gələcək istəyiriksə, bu gözəllikləri ilk növbədə öz içimizdən başlamalıyıq. Əlbəttə, bu da hörmət və sevgi ilə mümkündür.

 

Multikulturalizm tələbə klubuna üzv olmaq üçün linkə daxil olmaqla qeydiyyatdan keçə bilərsiniz:

 

Qeydiyyat üçün bu "linkin" üzərinə klikləyin.