MULTİKULTURALİZM TƏLƏBƏ KLUBU


                                                                                                  

                   Biz böyük bir MULTİKULTURALİZM ailəsiyik

Bizim hədəfimiz: multi mədəniyyətlərin, millətlərin, irqlərin və dinlərin necə bir arada sülh və qardaşlıq çərçivəsində yaşadığını göstərməkdir. Hazırda universitetimizdə 20 ölkədən 79 tələbə təhsil alır. Tələblər Çad, Çin, Əfqanıstan, Gürcüstan, İndoneziya, İran, İraq, Livan, Misir, Myanma, Pakistan, Peru, Qazaxıstan, Rusiya, Şri-Lanka, Tacikstan, Türkiyə, Türkmənistan, Ukrayna və Yəmən vətəndaşlarıdır.

Parlaq bir gələcək üçün ilk şərtimiz mədəniyyətlərarası dialoqun bizim üçün birinci sırada olmasıdır. Gözəl bir gələcək istəyiriksə, bu gözəllikləri əvvəlcə öz içimizdən başlamalıyıq. Sözsüz ki, bu hörmət və sevgi ilə mümkündür.

Heyətimiz:

ü  Prezident: Oumar Kedellah Abdurahman;

ü  Baş vitse-prezident: Ismail Orujov;

ü  Vitse-prezidentlər: Eiub Makhmudlu, Irade Guseynova

Fəaliyyətlər:

ü  Müxtəlif bölgələrə səyahətlər;

ü  Universitetdə bir çox beynəlxalq tədbirlərin təşkili;

ü  Müxtəlif beynəlxalq şirkətlərlə əməkdaşlıq;

ü Xaricdə çox sayda universitetlə əlaqələrin qurulması, xüsusən də müxtəlif ölkələrin professorlarının dəvət olunması;

ü  Klub üzvləri üçün ad günü şənliklərinin təşkili;

ü  Xarici Əlaqələr və Layihələrin İdarə olunması Şöbəsinin işinə fəal töhfə vermək

Ən son tədbirlər

PLC Consultancy International “Biznes təlimləri” mövzusunda 3 təlim (müqavilə imzalanıb);

EduSupport şirkəti “Webster Universitetinin nümayəndəsi ilə görüş”;

EduSupport şirkəti “Almaniyada təhsil” seminarı;

Dr. D.Y. Patil “Zamanın idarə olunması” təlimi (müqavilə imzalanıb);

Qəbələyə səyahət (03.11.19);

Ad günləri;

Bayram tədbirləri

Multikulturalizm tələbə klubuna üzv olmaq üçün linkə daxil olmaqla qeydiyyatdan keçə bilərsiniz: 

Qeydiyyat üçün bu "linkin" üzərinə klikləyin.