Mevlana Mübadilə Proqramı müraicət tarixləri və şərtləri müəyyənləşdi.


Mevlana Mübadilə proqramı çərçivəsində 2019-2020-ci il üçün mübadilə ixtisasları və tarixləri müəyyənləşdi.

Ali təhsil müəssisələrində elan olunma tarixi: 4-15 fevral 2019

Müraciətlərin qəbulu: 18 fevral - 1 mart 2019

Müraciətlərin qiymətləndirilməsi və göndərilməsi: 1- 8 mart 2019

Müvafiq Universitetlər tərəfindən qiymətləndirilmənin aparılması: 11-18 mart 2019

Universitetlər tərəfindən YÖK -ə müraciət: 22 mart 2019

 Bu il Azərbaycan üzrə həm humanitar həm texniki sahədə təhsil alan tələbələr müraciət edə bilər.

Tələbələr üçün mürəciət şərtləri:

- Bakalavr tələbələri üçün ortalama: 75+

- Magistr və ya doktorantura tələbələri üçün: 80+

Müraciət üçün tələb olunan sənədlər:

- Namizəd tələbə müraciət formu

- Tələbə müraciət formu

- Şəkil (2 ədəd)

- Transkript (2 nüsxə)

- Dil sertifikatı (tədris aldığı dildə 2 nüsxə)

Aylıq təqaüd tələbələr üçün 1200 lirə (30 % sonda ödənilməklə)

Müəllimlər üçün müraciət şərtləri:

- Müəllimlər üçün məlumat formu

- Müəllimlər üçün mübadilə proqramı formu

- Nəşrlər, layihələr, əyata keçirdiyi bənzər fəaliyyətlərlə bağlı informasiya.

Azərbaycandan akademik heyəti qəbulu 30% olaraq müəyyənləşdirilib.

Sənədlər elektron doldurulmalıdır. Bütün sənədlər http://www.yok.gov.tr/web/mevlana/belgeler;jsessionid=75AB14B12D04472C5EF0D00A765D62D3 linkdən endirilməklə doldurula bilər.