Mən təqaüdlə təhsil alıram xaricdə təhsil aldığım 1 vəya 2 semestr müddətində şərtlər dəyişəcəkmi?


Bakı Mühəndislik Universitetində təhsil müqaviləniz necədirsə xaricdə təhsil alıb geri qayıtdıqdan sonra eyni müqavilə şərtləri ilə tədrisinizi davam etdirəcəksiniz. Misal üçün: Əgər  Bakı Mühəndislik Universitetində ödənişsiz təhsil alırsınızsa geri gəldikdən sonra eyni ilə ödənişsiz təhsilinizi davam etdirəcəksiniz. Burada diqqətli olacaq məqam getdiyiniz universitetdəki aldığınız bütün dərslərdən uğur qazanmalısınız.