QƏBUL Qaydaları


 

      Əcnəbi vətəndaşların

Bakı Mühəndislik Universitetinə

Qəbulu üçün lazım olan Sənədlər.*

 

    Bakı Mühəndislik Universiteti,  Azərbaycan Respublikası prezidentinin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılmış Publik Hüquqi Şəxs statuslu universitetdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərir.

 

    Bakı Mühəndislik Universitetinə xarici tələbələrin müraciəti üçün lazım olan sənədlər:

 

  • Rektorun adına ərizə (elekron ərizə eyni quvvəyə malikdir )*
  • Attestat/diplom və qiymət cədvəli/transkript (yüklənilir)*
  • Passportun əsli (yüklənilir)*
  • Sağlamlıq haqqında arayış*
  • 3x4 ölçüsündə fotoşəkil  (son 6 ayda çəkilmiş)*
  • Referans məktubu
  • Dil sertifikatı (varsa)
  • Digər sertifikatlar və ya təltifnamələr

 

  • Magistratura və Doktorantura namizədləri üçün CV*
  • Magistratura və Doktorantura namizədləri üçün niyyət məktubu*

*Təqdim edilməsi vacib olan sənədlər

 

 

     Xarici vətəndaşlar üçün:

   Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, magistraturaya yalnız ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşmalara qəbul oluna bilərlər.

   Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər  Bakı Mühəndislik Universitetində təhsil alacağı dil ilə bağlı imtahan verirlər. Bakı Mühəndislik Univeristetinə qəbul olan tələbə, təhsil alaçağı dil ilə bağlı müvafiq sertifikat təqdim etdikdə imtahandan azad olunur. 

   Əvvəlki təhsil pilləsində Azərbaycan dilində təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər,  Bakı Mühəndislik universitetində dil imtahanı vermədən Azərbaycan dilində təhsilllərini davam etdirə bilərlər. 

   Bundan əlavə Magistratura və Doktorantura şöbəsində onlarla müsahibə aparılır.

   Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daha ətraflı məlumatı Magistratura və Doktorantura şöbəsindən əldə edə bələrlər.

 Qeyd 1.İkili və Azərbaycan vətəndaşlığı olan əcnəbilərin sənədləri qəbul olunmayacaqdır.

 Qeyd 2. Milliyəti azərbaycanlı olan şəxslər Qeydiyyat üçün mənsubiyyətinin azərbaycanlı olması haqqında sənədi təqdim etməlidirlər