Təcrübəçi axtarılır


Əziz tələbələr!

Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) 1 Aprel, 2017-ci il tarixindən Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi Proqramının icrasına başlamışdı. Proqramın əsas məqsədi Azərbaycanda iqtisadi inkişaf proseslərinin planlaşdırılması və icrasını yaxşılaşdırmaqdan ibarətdir.

Proqrama dəstək göstərmək və eyni zamanda iş təcrübənizi artırmaq istəyirsinizsə müraciət edin. 

Yeni iş və təcrübə qazanmaq fürsətini əldən verməyin.

Qeyd: Ətraflı məlumat tələbələrimizin elektron ünvanına göndərilmişdir.