Öz universitetimdə tələb olunan bütün fənləri xaricdə oxuduğum universitetdə də ala biləcəyəm?


Bakı Mühəndislik Universiteti ilə müqaviləsi olan bütün universitetlərdə mövcud olan paralel dərsləri ala bilərsiniz. Əgər bu fənndən 50-nin altında nəticə toplamısınızsa yalnız dərsin kredir miqdarı (ECTS) transfer olunacaqdır. Daha sonra həmin dərsin məzun olmanız üçün lazım olan spesifik tələblərə cavab verib vermədiyi və keçərli nəticə alıb almadığınız sizə universitet tərəfindən bildiriləcəkdir.