ENACTUS, sahibkarlığın gücü ilə daha yaxşı, daha davamlı bir dünya yaratmaq üçün tələbələr, alimlər və biznes liderlərini bir araya gətirən beynəlxalq bir təşkilatdır. O, ilk dəfə 1975-ci ildə ABŞ-da Robert Davis tərəfindən SIFE (Student in Free Enterprise) adı ilə təsis olunmuş və bu gün 37 ölkədə rebrendiqdən sonra ENACTUS adı ilə fəaliyyət göstərir. Daha ətraflı məlumatı bu linkdən (https://enactus.org) əldə etmək olar.

ENACTUS təşkilatı, ölkəmizdə də ENACTUS Azərbaycan (http://enactus.az) nümayəndəliyi kimi təsis olunub və fəaliyyət göstərir. Hal-hazırda onun nəzdində müxtəlif universitetlərdə təsis olunmuş “ENACTUS komanda”ları mövcuddur. 2019-cu ilin avqustundan BMU-da da “ENACTUS BEU” komandası formalaşmağa başlayıb və fəaliyyətdədir. Komanda kapitanı BMU-nun tələbəsi Nicat İsaxanlıdır. Komandanın aşağıdakı sosial media səhifələri və aktiv e-maili (enactus@beu.edu.az) fəaliyyət göstərir.

 

Facebook: https://www.facebook.com/enactus.beu.edu.az ( LINK )


İnstagram: https://www.instagram.com/enactus_beu ( LINK )