Visited: 8835 times
02 Mar 2018 08:17 | Visited: 90
Əcnəbi tələbələr Azərbaycan dilində danışdılar: “Xocalıda ölən insanların şəkilləri adamı dəhşətə gətirir

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şamaxı şəhərində “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında”mövzusunda “Novruz mühazirəsi” keçirilib.    Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, ziyalılar, media rəhbərləri, QHT nümayəndələri, təhsil ekspertləri və KİV təmsilçiləri iştirak edib. Seminara həmçinin, ali məktəblərdə təhsil alan ABŞ, Türkiyə, Rusiya, İran, Çexiya, Çin və digər ölkələr olmaqla ümumilikdə 30 nəfər əcnəbi tələbə qatılıb.    Müxtəlif ölkələrdən olan əcnəbi tələbələr bölgəyə səfərdə çox həvəsli görünürdülər. Maraqlıdır ki, Azərbaycanı oxumaq üçün seçən əcnəbi gənclər öz aralarında Azərbaycan dilində də danışırdılar. Onlara Azərbaycanın bütün bölgələri maraqlı gəldiyindən səfər zamanı read more »

27 Feb 2018 19:46 | Visited: 136
Mübadilə proqramında iştirak edən tələbələrimiz ölkəmizi layiqincə təmsil edirlər

Mübadilə proqramına seçilərkən tələbələrin əsas məqsədlərindən biri də ölkəmizi getdikləri  şəhər və ölkədə təmsil etməkdir.     Maliyə bölümündən Erasmus+ KA1 mübadilə proqramın ilə Sloveniyada təhsil alan Sənan İsaqov və İlyas Əlizadə, "Xocalı Faciəsi" haqqında sloveniyalılara məlumat vermək üçün ictimai məlumatlandırma xarakterli layihə həyata keçiriblər. Onlar Xocalı faciəsi haqqında məlumatları özündə əks etdirən broşuraları əhaliyə paylayaraq onları məlumatlandırıblar read more »

25 Dec 2017 23:49 | Visited: 201
Bakı Mühəndislik Universitetində “Erasmus+ Məlumatlandırma günü” keçirilib

Bakı Mühəndislik Universitetinin Xarici əlaqələr üzrə prorektorluğunun təşkilatçılığı ilə “Erasmus+” layihələri barədə məlumatlandırma günü keçirilib.  “Milli Erasmus+” ofisi ilə birgə keçirilən tədbirdə Azərbaycan Təhsil Nazirliyinin, Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin təmsilciləri iştirak ediblər. İlk öncə açılış nitqi ilə Bakı Mühəndislik Universitetinin rektoru, prof. Havar Məmmədov çıxış edib. Rektor, hələ fəaliyyətinin bir ili tamam olmayan BMU-nun xarici əlaqələrindən və bu əlaqələrin qurulmasında Erasmus+ kimi beynəlxalq proqramlarda universitetin rolundan danışıb. Qeyd edib ki, universitetdə əksər ixtisaslarda tədrisin ingilis dilində aparılması tələbələrimizin belə layihələrdə, beynəlxalq müsabiqələrdə iştirak etmələrində və uğur qazanmalarında mühüm rol oynayır. Möhtərəm read more »

23 Nov 2017 09:54 | Visited: 338
Bakı Mühəndislik Universitetində ERASMUS + Ka1  proqramının təqdimatı olmuşdur.

Bakı Mühəndislik Universitetində  ERASMUS + Ka1  proqramı çərçivəsində maarifləndirmə seminarı keçirilmişdir. Seminar çərçivəsində universitetin Xarici Əlaqələr və Layihələrin İdarə olunması şöbəsinin əməkdaşı Günel Həsənova proqram haqqında iştirakçılara məlumat vermiş, geniş imkanlara malik proqramın tələbələr üçün böyük əhəmiyyətindən danışmışdır. G.Həsənova proqram iştirakçılarının Avropanın nüfuzlu universitetlərində pulsuz təhsil və təcrübə imkanı qazanacaqlarını qeyd etmiş, bu layihədən Bakı Mühəndislik Universiteti tələbələrinin faydalana biləcəklərini xüsusi vurğulamışdır. Tədbirdə proqram barədə slayd nümayiş olunmuş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır. Bakı Mühəndislik Universiteti ERASMUS + Ka1  proqramı çərçivəsində Avropanın bir çox universitetləri ilə əməkdaşlıq edir. Layihədə tələbələrin, dokto read more »

09 Nov 2017 12:07 | Visited: 453
Bakı Mühəndislik Universitetində Erasmus+ məlumatlandırma günü

    Bakı Mühəndislik Universiteti Xarici əlaqələr üzrə prorektorluğun təşkilatçılığı ilə Erasmus+ KA1 və KA2 layihələri barədə  məlumatlandırma günü keçirildi.       Əvvəlcə Bakı Mühəndislik Universitetinin rektoru, prof. Havar Məmmədovun qonağı olan Azərbaycan Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov, daha sonra Erasmus+ KA1 və KA2 layihələri barədə universitetin professor-müəllim heyəti qarşısında çıxış etdi.       Avropa Birliyi tərəfindən maliyyələşdirilən  təhsil layihələri və mübadilə proqramları barədə məlumat verən qonaq, öz çıxışında BMU-nun qısa müddət ərzində aktiv fəaliyyət göstərdiyini və yeni əməkdaşlıqlar qurduğunu xüsusi qeyd etdi.        Layihələrin hazırlanması və tərəfdaşların seçilməsi, Erasmus+ KA2 layihələrinin müddəti, büdcənin idarəedilməsi, Avropa tərəfdən read more »

Search


Categories


Order by


Years