BMU-nin tələbəsi “Seeds for the Fututre” proqramına seçilən iştirakçılar arasında

BMU-nin tələbəsi “Seeds for the Fututre” proqramına seçilən iştirakçılar arasında
29 Nov 2018 16:33 | Visited: 138

Bakı Mühəndislik Universiteti-nin İnformasiya Texnologiyaları üzrə təhsil alan 3-cü kurs tələbəsi, Rüstəm Səfərli, “Huawei” şirkəti tərəfindən təşkil olunacaq “Seeds for the Future” layihəsinin müraciət mərhələsindən uğurla keçərək layihədə iştirak hüququ qazanmışdır.

Qeyd edək ki, Sözü gedən “Seeds for the Future” layihəsi İKT sənayesinə marağın artırılmasına yardım etmək və qabiliyyətli tələbələrin bu sahədə biliklərini artırmaq məqsədi daşıyır. Pekində baş tutacaq layihə çərçivəsində tələbələr, Çin mədəniyyətini və həmçinin mandarin dilini öyrənmək şansı əldə etmiş olacaqlar, bundan əlavə “Huawei” şirkətinin Şenjen şəhərində yerləşən kampusunda,  mobil şəbəkə və bulud hesablama texnologiyaları, süni intellekt və eləcədə 5G şəbəkəsi ilə yaxından tanış olmuş olacaqlar.

“Seeds for the Future” layihəsində iştirak edəcək olan Rüstəm Səfərli, BMU-nun Beynəlxalq Əlaqələr və layihələrin idarə olunması şöbəsi ilə layihəyə müraciəti haqqında öz təəsüratlarını bölüşmüşdür:

-          “Açığı biraz gözlənilməz oldu. Çünki belə bir layihə olduğunu öyrəndiyimdə artıq müraciət üçün 1 gün qalmışdı, şansımı sınamağı qərara aldım və tez bir zamanda, müraciətdə tələb olunduğu kimi özūm haqqında 2 dəqiqəlik video hazırladım. Bundan əlavə olaraq “Smart City”, “Süni intellekt” və “Cloud texnologiyası” haqqında esse yazdım və müraciət etdim. Bir neçə gün sonra mənə bildirdilər ki, ADA universitetində istənilən bir İKT’lə bağlı mövzudan ama sırf texnoloji tərəflərini əhatələyəcək təqdimat etməliyəm.

 

-          Təqdimatda sırf Ağıllı şəhər konseptinə kökləndim; çünki demək olar hər bir IKT sahəsini özündə birləşdirən proyekt idi. ADA universitetində ümumilikdə 25 nəfər idik, sonradan öyrəndim ki, 25 adam 500 nəfər arasından seçilib və BMUdan yeganə seçilən şəxs mənəm. Bu fakt həm qorxu həm da fərəh hissi verirdi,  çünki qalib olmasam belə universitlərin sırasında təmsilçisi olduğum BMU-nunda adı keçəcək.

 

-          Təqdimatın juri heyəti gözlədiyimdən daha ciddi çıxdı-üç nəfər Huawei rəsmisi, iki nəfər Rabitə və Yüksək Texnologiyalar və bir nəfər Təhsil Nazirliyindən idi.

 

-          Püşk atma yolu ilə seçilən təqdimatlar arasında 7-ci adam kimi çıxış edəcəyimi dedilər və sıra mənə gələnə kimi müşahidə üçün kifayət qədər vaxtım oldu- hər kəs eyni tərzdə bir çıxış masasının qarşısında mikrafona çıxış edirdi. Fikirləşdim əgər diqqət cəlb etmək istəyirəmsə digərlərindən fərqlənməliyəm. İngilis dili moderatoru kimi bir təcrübəm olduğundan  bundan istifadə etməyi qərara aldım. Çıxış masasına yaxınlaşıb ama mikrafona cemi bir cümle dedim " bilirsiz nə var mən mikrofonsuz danışacam; qışqırmaq istəyirəm". Və elə də etdim və təqdimata stoldan yox, səhnədən davam etdim-öz səsimlə. Yerində və bol zarafatlarla 7 dəqiqə ərzində adi halda istənilən adama sıxıcı gələcək statistikaları, teoriyaları, texnoloji "leksiyaları", maraqlı ama eyni zamanda tam professional seviyyədə təqdim etdim və çox xoşlarına gəldi. Tədbirin sonunda seçilən tələbələrin adları açıqlanacağı vaxt da adımın 25 nəfər arasından axırlarda olduğunu düşünürdüm ki, lakin sözə başlayan kimi juri tərəfindən ilk mənim adım çəkildi və seçildiyimi bildirdilər.

 

-          Tədbirin soununda mənə juri heyətindən bir neçə adam yaxınlaşdı, müxtəlif mövzularda fikir mübadiləsi apardıq, Huawei rəsmisi Ramil Mastiyev yaxınlaşdı ve vizit kartını təqdim edərək- "bəlkə gələcəktə bir yerdə işlədik" deyə zarafat da etdi. Eyni zamanda  mənə bir sıra startup ideyalarını təqdim etdi.

Biz də öz növbəmizdə BMU-nin Beynəlxalq Əlaqələr Şöbəsi olaraq tələbəmizlə qürur duyur və  qazandığı uğur münasibəti ilə təbrik edirik.


Seminar by WLC on free education in Italy....

The Study Abroad Seminar was held by WORLD LANGUAGE CENTER at our university on the topic of studying in Italy. read more »

Officials of Istanbul Kultur University visited to the Ba...

On 28.11.2018, Seljuk Taygun Altintas, Head of European and International Relations Department at Istanbul Kultur Univer read more »

British Council will implement joint projects with BEU...

Director of British Council Azerbaijan Office Summer Xia and employees of the office visited Baku Engineering University read more »

BMU-nin tələbəsi “Seeds for the Fututre” proqramına seçil...

Bakı Mühəndislik Universiteti-nin İnformasiya Texnologiyaları üzrə təhsil alan 3-cü kurs tələbəsi, Rü read more »