BMU-nun əməkdaşları beynəlxalq layihənin iclasında iştirak ediblər

BMU-nun əməkdaşları beynəlxalq layihənin iclasında iştirak ediblər
09 Mar 2019 14:12 | Visited: 28

Avropa İttifaqının maliyyələşdirdiyi və Polşanın Varşava Politexnik Universitetinin koordinatoru olduğu "Nəqliyyat xidmətləri üçün böhran və risklər mühəndisliyi (CRENG)" adlı Erasmus+ KA2 layihəsinin ilk iclası keçirilib. Polşanın Varşava Politexnik Universitetinin Nəqliyyat fakültəsinin ev sahibliyi ilə keçirilmiş tədbirdə layihənin tərəfdaşı kimi BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov ilə Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı və layihənin BMU üzrə koordinatoru Arif Nəcimov iştirak edib.

   İki gün davam edən iclasda layihənin məqsəd və vəzifələri, görüləcək işlər, əldə olunacaq nəticələr və təşkilati-idarəetmə mövzusunda çıxışlar olub. Layihə yeni olduğundan bütün iştirakçılar öz universitetləri və təşkilatları adından təqdimatla çıxış edib və gələcək əməkdaşlığın inkişaf etdirilməsi üçün təkliflər veriblər.

    Azərbaycanın Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri, cənab Həsən Həsənov Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə görüşüb.  Səfirliyin Polşadakı fəaliyyəti haqqında ətraflı məlumat verən H.Həsənov, Polşanın Ali təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasında və inkişaf etdirilməsində lazım olan dəstəyin verilməsinə hazır olduğunu diqqətə çatdırıb.

 


BMU-nun əməkdaşları beynəlxalq layihənin iclasında iştira...

Avropa İttifaqının maliyyələşdirdiyi və Polşanın Varşava Politexnik Universitetinin koordinatoru olduğu "Nəqliyyat xidmə read more »

BMU-nun rəhbərliyi Türkiyə səfiri ilə görüşüb...

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov və Beynəlxalq Əlaqələr üzrə prorektor, &nbs read more »

A meeting with representatives of Huawei was held at Baku...

The Vice-rector on International Relations of Baku Engineering University, Assoc.Manafeddin Namazov has met with t read more »

Representative of Newcastle University of UK visited BEU...

Representative of Newcastle University Andrea Lane met with assoc.prof. Manafaddin Namazov, Vice-rector for Internationa read more »