BP şirkətinin təşəbbüsi ilə “Universitet tələbələri üçün mentorluq proqramı”

BP şirkətinin təşəbbüsi ilə  “Universitet tələbələri üçün mentorluq proqramı”
18 Apr 2019 14:37 | Visited: 214

Bakı Mühəndislik Universitetinin tələbələrinin nəzərinə çatdırmaq istəyirik ki, BP şirkəti “Universitet tələbələri üçün mentorluq proqramı” keçirəcəkdir. Bu proqram çərçivəsində BP əməkdaşları texniki sahələrdə təhsil alan yüksək potensiallı universitet tələbələrinə təkbətək mentorluq etməklə onların öz sosial bacarıqlarını inkişaf etdirmələrinə və özlərinə inamı artırmalarına yardım edəcək. Proqram 4-6 ay davam edəcək və xüsusi strukturla hazırlanan təkbətək fərdi mentorluq sessiyalarından ibarət olacaq. Proqram bu ilin aprel ayında elan ediləcək və 1 ay ərzində tələbələrin onlayn şəkildə müraciəti üçün açıq olacaq. Xüsusi meyarlar əsasında seçilmiş tələbələr elan edildikdən sonra proqrama sentyabr ayında start veriləcək.

Tələbələrin nəzərinə çatdırırıq ki, “BP Mentorluq məlumat günü”  26 Aprel            Saat 11.00 – da Rektorluq binasının AKT Zalında keçiriləcəkdir.

Bu proqramla əlaqədar məlumatlar BMU-nun saytında (www.beu.edu.az), Xarici Əlaqələr və Layihələrin İdarə olunması şöbəsininin saytında (www.iro.beu.edu.az) yerləşdiriləcəkdir.


Scholarship program for studying in Kazakhstan universiti...

Dear applicants! The Ministry of education and science of the Republic o read more »

Final stage of "New Idea VI" startup competitio...

The final stage of “New Idea VI” startup competition conducted under the organization read more »

Representatives of Gulf Arab states universities visited ...

A 90-member delegation from the Taif, Jazan, Jeddah, Majmaah, Imam Abdulrahman Bin Faisal, Shaqra, K read more »

Announcement of Kazakhstan Scholarship Programme...

The Ministry of Education and Science of the Republic of Kazakhstan expresses its compliments to the Minis read more »