Bakı Mühəndislik Universitetində Erasmus+ məlumatlandırma günü

Bakı Mühəndislik Universitetində Erasmus+ məlumatlandırma günü
09 Nov 2017 12:07 | Visited: 423

   

Bakı Mühəndislik Universiteti Xarici əlaqələr üzrə prorektorluğun təşkilatçılığı ilə Erasmus+ KA1 və KA2 layihələri barədə  məlumatlandırma günü keçirildi.

 

    Əvvəlcə Bakı Mühəndislik Universitetinin rektoru, prof. Havar Məmmədovun qonağı olan Azərbaycan Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov, daha sonra Erasmus+ KA1 və KA2 layihələri barədə universitetin professor-müəllim heyəti qarşısında çıxış etdi.

 

    Avropa Birliyi tərəfindən maliyyələşdirilən  təhsil layihələri və mübadilə proqramları barədə məlumat verən qonaq, öz çıxışında BMU-nun qısa müddət ərzində aktiv fəaliyyət göstərdiyini və yeni əməkdaşlıqlar qurduğunu xüsusi qeyd etdi. 

 

    Layihələrin hazırlanması və tərəfdaşların seçilməsi, Erasmus+ KA2 layihələrinin müddəti, büdcənin idarəedilməsi, Avropa tərəfdən cəlb olunacaq tərəfdaşların sayı və s. kimi məsələlərlə əlaqədar yeniliklərdən danışdı, eyni zamanda Türkiyə universitetlərinin tərəfdaş universitet kimi bütün Erasmus+ (KA1 və KA2) beynəlxalq layihələrə cəlb edilməsinin mümkünlüyünü vurğuladı. Bunlarla yanaşı təqdimatda təhsil müəssisələrinin iştirakı ilə “Birgə və Struktur” layihələrin mövzuları ətraflı izah edildi.

 

    Belə ki, Birgə layihələrin mövzularına: “Akademik və inzibati kadrların peşəkar inkişafı üçün vasitələr və metodların, yeni idarəetmə sistemlərinin, strukturların təkmilləşdirilməsi”, “Tədris planlarının hazırlanması, tədqiqi və Boloniya sisteminin tələblərinə uyğunlaşdırılması”, “Kadr hazırlığının təşkili (akademik və qeyri-akademik)”, “Universitetin beynəlmiləlləşdirilməsinin gücləndirilməsi və tədqiqatda, elmi və texnoloji yenilikdə effektiv əməkdaşlıqların qurulma imkanları, yenilikçi təcrübələri tətbiq etmək üçün lazım olan imkanların təkmilləşdirilməsi (yəni, yeni tədris planları və tədris metodları, yeni xidmətlərin inkişafı üçün ortaq fəaliyyətlər)” və “İkili proqram və diplomların tədris planlarının hazırlanması” daxildir. 

 

    Struktur layihələrin mövzularına isə: “Təhsil siyasətinin modernləşdirilməsi, idarəetmə və ali təhsil sistemlərinin idarə edilməsi”, “Ali təhsil sistemi ilə daha geniş iqtisadi və sosial mühit arasında əlaqələr qurmaq”, “Ali təhsil sistemlərinin beynəlxalq əlaqələrinin gücləndirilməsi”, “Bolonya tipli islahatlara giriş (yəni üç səviyyəli dövri sistem, keyfiyyət təminatı, qiymətləndirmə)”, “Kredit sistemləri, akkreditasiya prosedurları, əvvəlcədən və qeyri-formal təhsilin tanınması qaydaları kimi şəffaflıq vasitələrinin həyata keçirilməsi”, “Təhsilin, tədqiqatın və yeniliklərin inteqrasiyasının gücləndirilməsi” daxildir.

 

   Daha sonra  çıxış edən Xarici əlaqələr üzrə prorektorluğun əməkdaşları Sevil İmanova, Arif Nəcimov və Günel Həsənova hazırda BMU-nun əməkdaşlıq etdiyi layihə və proqramlar barədə geniş məlumat verib, layihələrin hazırlanması və idarə olunması, universitetin maddi-texniki bazasına, tədris sisteminə və idarəedicilik sisteminə gətirdiyi yeniliklərdən danışdılar, universitetin hazırda əməkdaşlıq etdiyi mübadilə proqramları və universitetlər barədə qısa məlumat verdilər.

 

   Sonda əməkdaşların sualları natiqlər tərəfindən cavablandırıldı, layihə işçi qruplarının formalaşdırılması üçün müəllimlərin təklifləri dinlənildi.

 

   

   Məlumat üçün qeyd edək ki, növbəti tədbirin digər universitetlərin də iştirakı ilə dekabr ayında keçirilməsi planlaşdırılır.

 

 


BMU müəllimi Almaniyanın Koblenz Universitetində...

Bakı Mühəndislik Universiteti Erasmus + Mübadilə proqramı çərçivəsində Slo read more »

BMU rəhbərliyi DAAD-ın mükafatlandırma mərasimində iştira...

DAAD (Alman Akademik Mübadilə Xidməti) tələbə və elmi işçilərin beynəlxalq mübadiləsini dəstəkləy read more »

Hacəttəpə Universitetinin professorları Bakı Mühəndislik ...

13 May tarixində Hacəttəpə Universitetinin Türk dili və Ədəbiyyatı bölməsinin 2 müəllimi - Prof.Dr. read more »

Sakarya Universiteti Mövlanə Mübadilə Proqramının nəticəl...

2018-2019 Mövlanə Mübadilə Proqramına müraciət nəticələri açıqlanıb. Qeyd edək ki, Bakı read more »