Hacəttəpə Universitetinin professorları Bakı Mühəndislik Universitetində ezamiyyətdə

Hacəttəpə Universitetinin professorları Bakı Mühəndislik Universitetində ezamiyyətdə
21 May 2018 13:14 | Visited: 159

 13 May tarixində Hacəttəpə Universitetinin Türk dili və Ədəbiyyatı bölməsinin 2 müəllimi - Prof.Dr.Nesrin Bayraktar Erten və Prof.Dr.Şükrü Haluk Akalın Erasmus+ KA107 proqramı daxilində Bakı Mühəndislik Universitetinin qonağıdırlar. Müəllimlər Erasmus+ Proqramı çərçivəsində 13 – 26 May tarixləri arasında Bakı Mühəndislik Universitetində olacaqlar. Qonaqlar bu müddət ərzində universitetin Pedoqoji fakültəsində Xarici dil kafedrasında müxtəlif seminar və dərslərdə iştirak edəcəklər.

 Belə ki, Prof.Dr.Şükrü Haluk Akalın 15 aprel 2001-ci ildən etibarən Türk Dil Birliyinin sədri və Çukurova Universiteti Türkoloji Araşdırma Mərkəzinin direktoru olmuşdur. Hazırda Hacettepe Universiteti Ədəbiyyat fakültəsi Türk Dili və Ədəbiyyatı bölümünün professorudur.Bakıda baş tutan bir sıra konfrans və seminarlarda iştirak edən Prof. Akalın həmçinin, 2016-cı il BMU və Yazıçılar Birliyinin birgə təşkil etdiyi III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumunda iştirak etmiş və öz dəyərli fikirlərini bölüşmüşdür. Bundan başqa Haluk bəy Azərbaycan Milli Elmlər Akedimyası ilə müxtəlif elmi işlər üzrə əməkdaşlıq edir və AMEA – nın bir sıra beynəlxalq konfranslarında iştirak etmişdir.

 

Prof.Şükrü Haluk Akalın  həmçinin Bakı Avrasiya Universitetində keçirilən “Türkiyənin müasir vəziyyəti” adlı elmi seminarda da iştirak etmişdir. Müasir dilçiliyin problemləri ilə bağlı geniş müzakirələrdən sonra, professor universitetin müəllim və tələbələrinin çoxsaylı suallarını cavablandırmışdır.

 

Hacəttəpə Universitetinin professorları 14-15 May tarixləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri - 2018” Azərbaycan Universitetində keçirilən Beynəlxalq konfransda və həmçinin Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransda iştirak etmişlər.

 

Eyni zamanda qonaqlar 16 May tarixində Beynəlxalq Əlaqələr və Layihələrin İdarəedilməsi prorektorluğunun da qonağı olmuşlar. Görüşdə Prof.Nesrin xanım Hacəttəpə Universitetinin Erasmus koordinatoru olaraq Bakı Mühəndislik Universiteti ilə müxtəlif kafedra və bölmələrlə də əlaqələrin  mümkünlüyü və inkişafını müzakirə etmişdir. Həmçinin universitetimizdəki dərslərdən və tələbələrdən məmlunğunu ifadə edən müəllimlər Bakıda olmaqdan çox məmnun olduqlarını da qeyd edirlər. Sonda Xarici Əlaqələr və Layihələrin idarə olunması şöbəsinin müdiri Sevil xanım və məsləhətçisi Günel xanım qonaqlarla birlikdə xatirə şəkili çəkdirmişdir.

 


Hacəttəpə Universitetinin professorları Bakı Mühəndislik ...

13 May tarixində Hacəttəpə Universitetinin Türk dili və Ədəbiyyatı bölməsinin 2 müəllimi - Prof.Dr. read more »

BMU's teacher participated in the Academic Staff’s Exchan...

Baku Engineering University cooperates with various European and Turkish universities within ERASMUS + KA1 Exchang read more »

BMU’s teacher has received a scholarship in Germany throu...

Nail Tahirov, a senior teacher at the Department of Industry Organizing and Management of the Baku Engineering Uni read more »