2018 - 2019 akademik ili üçün Layihələrə əsaslanan Beynəlxalq Mübadilə Proqramına müraciət


2018-2019 akademik ili üçün Layihələrə əsaslanan Mövlana Mübadilə Proqramına Türkiyə Ali Təhsil İdarəedici Komitə tərəfindən müəyyən edilmiş sahələrdə tələbə və müəllim heyətinin mübadiləsi üçün sənəd qəbulu başladı.

 

Layihələr hazırlanarkən diqqət olunmalıdır:

  • Layihə qrupu üzrə ən azı bir tələbə mübadiləsi olmalı,
  • Layihə qrupunda aspirant olan və həmçinin müəllim heyətində işləyənlər

layihə çərçivəsində tələbə olaraq iştirak edə bilər,

  • Layihə təkliflərində layihənin müddəti minimum 6 ay olmalı,
  • Layihə təklifləri Türkiyə Ali Təhsil İdarəedici Komitə tərəfindən müəyyən olunmuş layihə sahələrinə uyğun olmalıdı,

  Lahiyə sahələri və kodları haqqında ətraflı məlumat üçün

  http://www.mevlana.hacettepe.edu.tr/english/Project_Fields.pdf

  • Layihə meneceri olmaq istəyən müəllimlərin (tədqiqatçı, müəllim, ekspert, müəllim və s.) ən azı "doktorluq" dərəcəsi olmalıdır;

 

*Müraciət forması Times New Roman yazı şriftində, 10 pt yazı ölçüsündə yazılmalı və ümumi olaraq 8 səhifədən çox olmamalıdır. 

*Qeyd: Müraciətlər  9 Aprel 2018 tarixinə qədər Bakı Mühəndislik Universitetinin Beynəlxalq Əlaqələr və Layihələrin İdarəolunması şöbəsinə təqdim olunmalıdır.

 

Suallarınız üçün Xarici Əlaqələr və Layihələrin İdarəolunması şöbəsinin məsləhətçisi Günel Həsənova ilə əlaqə saxlaya bilərsiniz. (ghasanova@beu.edu.az).