2018-2019 tədris ili üçün “Darmasisva” İndoneziya təqaüd proqramı


    Indoneziya Hökuməti 1 il müddətində İndoneziya universitetlərində İndoneziya dili, incəsənəti və Mədəniyyəti öyrənməyə maraq göstərən tələbələr üçün 2018-2019 tədris ili üçün “Darmasisva” İndoneziya təqaüd proqramı təklif edir. Bu tədris ilində ümumilikdə 650 nəfər tələbəlik kvotadan 3 yer Azərbaycan Respublikasına ayrılıb.

 

   2018-2019 Darmasisva proqramında iştirak etmək istəyən tələbələr aşağıda göstərilən kriteriyalara sahib olmalıdırlar:

  • Ø Sosial aktiv tələbə
  • Ø Orta təhsili və ya ona ekvivalent təhsil pilləsini bitirmiş
  • Ø Minimum yaş həddi 17, və 35 yaşdan yuxarı olmayan
  • Ø Subay
  • Ø İngilis  və ya İndoneziya dilində danışmağı bacaran(İngilis dili sertifikatı TOEFL/TOEIC/IELTS və ya qüvvədə olan sertifikat)
  • Ø Sağlamlığı təsdiq edən tibbi arayış
  • Ø Tətbiq olan sahə üzrə ümumi biliyə sahib olan

 

Müraciət üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Tərcümeyi hal
  2. Tibbi arayış
  3. İndoneziyaya çatdıqdan sonra Pasportun etibarlılıq Müddətinin bitməsinə minimum 18 ay qalmalıdır(nəzərdə tutulan vaxt: 1 Avqust 2018-ci il)
  4. Ali təhsil müəssisəsindən rəsmi blank və imzalı Tövsiyə məktubu(İngilis dilində)
  5. Akademik transkript (İngilis dilində)
  6. Dil sertifikatı(Müvafiq)
  7. Tətbiq olunan Sahə haqqında inşa yazmaq (İngilis və ya İndoneziya dilində, maksimum 500 söz)
  8. Tətbiq olunan Sahə üzrə  əlaqədar sertifikatlar

 

 

Təqaüd proqramında iştirak etmək üçün Darmasisva proqramının rəsmi saytından qeydiyyatdan keçərək bütün sənədləri təqdim etmələri tələb olunur: apply.darmasiswa.kemdikbud.go.id. Təqaüd proqramı haqqında daha ətraflı məlumat əldə etmək üçün http://darmasiswa.kemdikbud.go.id internet səhifəsinə daxil ola bilərsiniz

 

2018-2019 Darmasisva proqramı üçün vaxt cədvəli aşağıdakı kimidir:

Fəaliyyət

Vaxt

Onlayn qeydiyyat

18 Dekabr 2017-18 Yanvar 2018

İndoneziya Respublikasının Bakıdakı səfirliyində müsahibə

18 Fevral-3 Mart 2018

Akademik seçimin ilkin mərhələsi

12 Mart-19 Mart 2018

Akademik seçimin ikinci mərhələsi

20 Mart-24 Mart 2018

Nəticələrin elanı

16 aprel 2018

İştirakçının təsdiqi

16 Aprel-16 May 2018

Uçuş Cədvəlinin verilməsi

16 Aprel-1 Avqust 2018

Bakıda İndoneziya dilinin tədrisi

İyul-Avqust 2018

İstiqamətləndirmə

Avqustun sonu 2018

Proqramın Başlaması

Avqustun sonu-Sentyabrın əvvəli 2018