Bakı Mühəndislik Universitetinin tələbələri Mübadilə proqramlarında aktiv iştirak edirlər


    2017/2018 tədris ilinin yaz semestrində Bakı Mühəndislik Universitetinin 8 tələbəsi Avropa və Türkiyə Universitetlərində təhsillərini davam etdirəcək. Mübadilə proqramında Pedaqoji Fakultəsindən 5 və İqtisadiyyat və İdarəetmə Fakultəsindən 3 tələbə iştirak edir.

     Pedaqoji Fakultəsindən olan 5 tələbə Hacettepe Universitetində Erasmus+ proqramı çərçivəsində mübadilə iştirakçısı olmaq hüququ qazandılar. Tələbələr artıq Türkiyəyə yola düşüblər. Onlar söz veriblər ki, bu müddət ərzində yüksək nailiyyətlər əldə edib universitetimizi və ölkəmizi layiqincə təmsil edəcəklər.

     İqtisadiyyat Fakultəsinin 3 tələbəsi isə Sloveniyanın Lyublyana və Rumıniyanın Babeş Bolyai Universitetlərində təhsilini davam etidirəcəklər. BMU Maliyyə kafedrasının tələbələri İlyas, Sənan və eləcə də digər mübadilə proqramı iştirakçısı olan tələbələr yüksək akademik göstəricilərinə və Universitetdaxili sosial aktivliklərinə görə seçilmiş tələbələrdir.

     Universitetimizi Rumıniyada təmsil edən Beynəlxalq Münasibətlər kafedrasının tələbəsi Jorge Laura Anderson isə bizim əcnəbi tələbələrimizdəndir. O univeristetin sosial fəaliyyətlərində də fəal iştirak edib. Universitetdə fəaliyyət göstərən Multukulturalizm klubunun rəhbəri kimi əsasən əcnəbi tələbələrədn ibarət olan klub üzvləri ilə Bakı ətraflı tarixi abidələrin ziyarətlər təşkil etməklə aktiv fəaliyyətlə məşğul olmuşdur.

 

    Qeyd edek ki, MEVLANA Mübadilə proqramına müraciətlərin qəbulu elan edilmişdir. Müraciət etmək üçün tələsin! Müraciət üçün son tarix 1 Mart 2018 tarixidir.