Migration


Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsi həmçinin xarici vətəndaşlığa sahib professor-müəllim heyətinin və digər əməkdaşların, tələbələrin və Universitetin qonaqlarının miqrasiya işlərində də köməklik edir. Şöbədə bu işlə məşğul olan miqrasiya xidməti üzrə mütəxəssis fəaliyyət göstərir.

 

Şöbənin miqrasiya işləri üzrə mütəxəssisi Emil Qarayevdir.

 

 

eMail: eqarayev@beu.edu.az

 

 

Tel: + 994 12 349 99 67 (daxili: 2-427) / Fax: + 994 12 349 99 90 

 

 


 

1)    Xarici personal və ailə üzvləri üçün Fərdi (İşçi vizası) və Müvəqqəti Yaşamaq İcazələrinin alınması işlərini həyata keçirmək, tələb olunan sənədləri vaxtında hazırlayaraq və aidiyyatı üzrə dövlət qurumlarına (Dövlət Miqrasiya Xidmətinə) təqdim etmək;

 

2)    Xarici tələbələr üçün Müvəqqəti Yaşamaq İcazələrinin alınması işlərini həyata keçirmək, tələb olunan sənədləri vaxtında hazırlayaraq və aidiyyatı üzrə dövlət qurumlarına (Dövlət Miqrasiya Xidmətinə) təqdim etmək;

 

3)    Mühazirə kursu oxumaq (Qarşılıqlı Müqavilələr olduqda) üçün və universitetin dəvəti əsasında araşdırma məqsədi ilən gələn professor-müəllim heyyəti, mühazirəçilər və onların ailə üzvlərinin Müvəqqəti Yaşamaq İcazələrinin alınması işlərini həyata keçirmək, tələb olunan sənədləri vaxtında hazırlayaraq və aidiyyatı üzrə dövlət qurumlarına (Dövlət Miqrasiya Xidmətinə) təqdim etmək;

 

4)    Viza əsasında Universitetə gələn qonaqların, personalın və tələbələrin olduqları yer üzrə qeydiyyatını elektron formada həyata keçirmək;

 

5)    Mübadiləli tələbə Statusunda Universitetə gələn tələbələr üçün Yaşamaq İcazələrinin alınması işlərini həyata keçirmək, tələb olunan sənədləri vaxtında hazırlayaraq və aidiyyatı üzrə dövlət qurumlarına (Dövlət Miqrasiya Xidmətinə) təqdim etmək;

 

6)    Xarici ölkələrdən gələcək personalın, tələbələrin, konfrans  iştirakçılarının Vizalarının alınmasında tələb olunan sənədləri vaxtında hazırlayaraq və aidiyyatı üzrə dövlət qurumlarına (Təhsil Nazirliyinə və TN-dən gələn məktubun Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinə) təqdim etmək;

 

7)    Xarici ölkələrdən alınan Diplomların Azərbaycan Respublikasında tanınması və təsdiq olunması (Nostrifikasiyası) üçün tələb olunan sənədləri vaxtında hazırlayaraq və aidiyyatı üzrə dövlət qurumlarına (Təhsil Nazirliyinə) təqdim etmək;

 

8)    Xarici ölkələrdən alınan Elmi dərəcə Diplomlarının Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında tanınması və təsdiq olunması (Nostrifikasiyası) üçün tələb olunan sənədləri vaxtında hazırlayaraq və şəxsin özünə təqdim etmək.