BMU-nun Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Ispaniyanın Jaen Universiteti professor-müəllim və inzibati heyət üçün bir həftəlik mübadilə çağırışı elan edir. Müsabiqə 2023/2024-cü tədris ili üçün nəzərdə tutulub.
Sənədlərin qəbulunun son tarixi 20.04.2024-cü ildir.
Müsabiqədə iştirak edən namizədlər aşağıdakı seçim tələblərinə uyğun müəyyən olunacaq:
1. Tərcümeyi-hal (CV);
2. Gedəcəyi universitetdə nəzərdə tutulan tədris proqramının məzmunu (Content of the teaching programme);
3. Motivasiya məktubu;
4. Nəşrlərin siyahısı;
5. BMU əsas iş yeri olmalı;
6. İngilis dil biliyi.
Qeyd: Tələb olunan sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.
Əlavə sual yaranarsa Beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması şöbəsinin müdiri Nərmin Ələkbərovaya müraciət edə bilərsiniz (email: nalakbarova@beu.edu.az).
*** Sənədləri ZIP fayl olaraq ad/soyad qeyd edərək göndərməyiniz xahiş olunur.