BMU-nun Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Türkiyənin Akdeniz Universiteti professor-müəllim və inzibati heyət üçün bir həftəlik mübadilə çağırışı elan edir. Müsabiqə 2022/2023-cü tədris ili üçün nəzərdə tutulub.
Sənədlərin qəbulunun son tarixi 01.04.2023-ci ildir.
Müsabiqədə iştirak edən namizədlər aşağıdakı seçim tələblərinə uyğun müəyyən olunacaq:
ü Tərcümeyi-hal (CV);
ü Gedəcəyi universitetdə nəzərdə tutulan tədris proqramının məzmunu (Content of the teaching programme);
ü Motivasiya məktubu;
ü Nəşrlərin siyahısı;
ü BMU əsas iş yeri olmalı;
ü İngilis dil biliyi.
Qeyd: Tələb olunan sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.
Əlavə sual yaranarsa Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərovaya müraciət edə bilərsiniz (email: nalakbarova@beu.edu.az).
*** Sənədləri ZIP fayl olaraq ad/soyad qeyd edərək göndərməyiniz xahiş olunur.