Bildiyiniz kimi Bakı Mühəndislik Universitetində TOEFL və GRE imtahanlanları təşkil olunur. Onlayn formada keçirilən sözügedən imtahanlar ingilis dilli ölkələrdə təhsil almaqda əhəmiyyətli rol oynayır.
İmtahanda iştirak edəcək şəxslər imtahandan 1 saat əvvəl aşağıdakı sənədlərlə birlikdə Bakı Mühəndislik Universitetinin qarşısında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. Sağlamlıq haqqında arayış (COVID-19 immunitet sertifikatı, peyvənd sertifikatı)
15 və daha aşağı yaş qrupuna aid olan şəxslər imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafəsinin saxlanılması təmin olunacaqdır.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Müvafiq olaraq imtahanların tarixləri və yerləri haqqında aşağıdakı linklərdə tanış ola bilərsiniz:
https://v2.ereg.ets.org/ereg/public/workflowmanager/schlWorkflow?_p=TEL
https://ereg.ets.org/ereg/public/workflowmanager/workflow?workflowItemId=tcAvailability
İmtahanlarda iştirak etmək üçün qeydiyyat linkləri:
https://www.ets.org/toefl/test-takers/ibt/take/register
https://www.ets.org/gre/revised_general/register/
Yarana biləcək suallarla bağlı eqarayev@beu.edu.az email ünvanı ilə əlaqə saxlaya bilərsiniz.