E L A N
Tələbələrinin nəzərinə,
BMU-nun Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Almaniyanın Koblenz Universiteti 2021/2022-ci tədris ili payız semestri üçün (Sentyabr 2021 – Fevral 2022) müsabiqə elan edir. Tələbələr sözügedən universitetdə bir semestrlik təqaüdlə təhsil almaq və akademik təcrübə imkanı əldə edə bilərlər.
Müsabiqədə İqtisadiyyat və idarəetmə fakültəsinin bakalavr tələbələri iştirak edə bilər.
İlk seçim mərhələsi üçün Erasmus+ KA1 mübadilə proqramında iştirak etmək istəyənlər tələb olunan sənədləri onlayn formada təqdim olunan qeydiyyat linki (https://bit.ly/337M3H7) vasitəsilə göndərməlidirlər:
1. Transkript (ümumi ortalama 85+);
2. Əgər varsa, beynəlxalq dil sertifikatı (bax qeyd 2-yə);
3. Motivasiya məktubu;
4. Tövsiyyə məktubu;
5. Tərcümeyi-hal (CV).
Qeyd-1: Tələb olunan sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.
Qeyd-2: Dil sertifikatı olmayanlar ingilis dilində təhsil ala biləcək qədər özünə güvənirsə və ya BMU-da ingilis dilində təhsil alırsa, bu barədə Tədris hissəsindən arayış alıb müsabiqəyə müraciət edə bilərlər.
Qeyd-3: İngilis dilində tədris olunan dərslər təqdim olunan linkdə qeyd olunmuşdur: https://www.hs-koblenz.de/rac/international-programs/international-students/exchange-students/english-programme-certificate
Qeyd-4: Akademik təcrübə haqqında daha ətraflı məlumat təqdim olunan linkdə qeyd olunmuşdur:
Tələb olunan sənədləri 13.05.2021-ci il tarixinə, saat 23.59-a kimi təqdim olunan qeydiyyat linkinə (https://bit.ly/337M3H7) daxil olaraq yükləməyiniz xahiş olunur.
Əlavə sual yaranarsa Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərovaya e-mail ilə müraciət edə bilərsiniz (email: nalakbarova@beu.edu.az).