15 iyul 2021-ci il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi və Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində görüş keçirilmişdir. Görüşdə Avropa tərəfdaşlarlarında nümayəndələri iştirak etmişdir.
Görüşün məqsədi layihənin hal hazırda əldə etdikləri və son 6 ayda planlaşdırılan işlərlə bağlı detallı müzakirələrin aparılmasıdır.
Bakı Mühəndislik Universitetinin əməkdaşları Elmi işlər üzrə prorektor Dos. Elçin Süleymanov, Xarici ələqalər və layihələrin idarəolunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərova görüşdə iştirak etmişdirlər.