15 iyul 2021-ci il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi və Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində görüş keçirilmişdir. Görüşdə Avropadan tərəfdaşlarda iştirak etmişdir.
Görüşün məqsədi layihə çərçivəsində hal hazırda əldə etdikləri və son 6 ayda planlaşdırılan işlərlə bağlı detallı müzakirələrin aparılmasıdır.
Görüşdə Bakı Mühəndislik Universitetinin əməkdaşları Elmi işlər üzrə prorektor Dos. Elçin süleymanov, Xarici ələqalər və layihələrin idarəolunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərova iştirak etmişdir.