Erasmus+KA1 mübadilə proqramı çərçivəsində Rumıniyanın Babeş Bolyai Universitetinin nümayəndəsi Marius Mihut Bakı Mühəndislik Universitetini (BMU) ziyarət edib.
BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə gerçəkləşən səfər çərçivəsində qonaq universitetin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun, həmçinin İqtisadiyyat fakultəsinin əməkdaşları ilə görüşüb. Görüşlərdə BMU və Babeş Bolyai Universiteti arasında akademik heyət, eləcə də tələbə mübadiləsi, elmi konfranslarda iştirak, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.
Marius Mihut 1 həftəlik təlim xarakterli səfər müddətində BMU-nun tədris binaları, Texnoparkı ilə də yaxından tanış olub.