BMU əməkdaşı ECAR layihəsi çərçivəsində tədris proqramına qoşulub

BMU əməkdaşı ECAR layihəsi çərçivəsində tədris proqramına qoşulub

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşı Avropa Komissiyasının maliyyələşdirdiyi “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində reallaşdırılan “Strateji insan resurslarının idarə olunması" adlı tədris proqramına qoşulub.

BMU-nun İnsan resursları və hüquq şöbəsinin mütəxəssisi Aynur Seyidova ilə yanaşı, Azərbaycanın layihə tərəfdaşı olan 16 ali təhsil müəssisəsindən 18 nəfərin iştirak iştirak etdiyi,  Azərbaycan HR İnstitutu tərəfindən keçirilən proqramın məqsədi ali təhsil müəssisələrində insan resursları idarəedilməsinin təkmilləşdirilməsidir.

Proqramın açılış mərasimində layihənin tərəfdaşı Azərbaycan Turizm və Menecment Universitetinin tədris işləri üzrə prorektoru Zaur Bağırov, ECAR layihəsinin koordinatoru, Bakı Biznes Universitetinin Universitet-sənaye əməkdaşlığı şöbəsinin müdiri Gülşən Bayramova, Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov çıxış edərək, layihənin önəmini vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan HR İnstitutunun təlimçisi Fəzilə Əsgərova tərəfindən həyata keçirilən proqram toplam 6 modulu (İstedadların cəlb olunması, HR Əməliyyatlar, Öyrənmə və İnkişaf, İstedadların idarə olunması, Ölçmə və Analitika, Biznes Liderlik) əhatə edir.

 

 

Qalareya şəkilini seçin

Digər xəbərlər