10 iyun – 10 iyul tarixlərində Azərbaycanın da 4 universitetinin təmsil olunduğu “Azərbaycanda Fövqəladə Ekoloji Hallar üzrə diplomdan sonrakı 3-cü tsikl yüksək kurslara dəstək üçün İnnovativ Tədris Mərkəzi (ITACA) layihəsi” əsasında Bakı Mühəndislik Universitetinin əməkdaşı Etibar Qəhrəmanov Danimarkanın Aalborq Universitetində olmuşdur.
Səfərin əsas məqsədi qurulmuş Təlim Mərkəzində tədris olunacaq modullar əsasında tədris materiallarının hazırlanması və təcrübi işin müəyyən olunması, eyni zamanda dərs saatlarının bölünməsi idi. Belə ki, Təlim Mərkəzində seçilmiş tələbələr üçün 10 modul tədris olunacaq.
Bir aylıq səfər zamanı Bakı Mühəndislik Universitetindən Etibar Qəhrəmanov, Aalborq Universitetindən Cristiano Varrone və Marco Maschietti tərəfindən Bioprocesses moduluna daxil olunan mövzular, tədris materialları və laboratoriya işləri hazırlandı.
Eyni zamanda Aalborq Universitetində laboratoriyalarda plastic tullantıların tərkibinə bakteriyaların daxil edilərək bioloji plastikin əldə edilməsi, biokütlədən bioyanacaqların (biodizel, bioloji jet yanacağı və s.) əldə olunması, enzim və alqiların yetişdirilməsi proseslərində laboratoriya işləri həyata keçirildi.