Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşı “Erasmus+ KA1” mübadilə proqramı çərçivəsində İtaliyanın Turin Politexnik Universitetində təşkil olunan “Beynəlxalq həftə” adı altında təlimdə iştirak edib.
BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Qəhrəmanlının qatıldığı təlim ali təhsilin beynəlmiləlləşdirilməsində iştirakçıların səriştələrinin artırılması məqsədi daşıyıb.
Tədbirdə nümayəndələr PoliTo STUDI Departamentinin müxtəlif bölmələrinin rəhbərlik etdiyi “Erasmus+” interaktiv seminarlarında iştirak edib, seçilmiş mövzular üzrə təcrübə mübadiləsi aparıblar. Bununla yanaşı, PoliTo Davamlılıq (Sustainability) Bölməsi tərəfindən davamlılıq siyasəti təqdim olunub, kampusun davamlılıq təcrübələri ilə bağlı tur gerçəkləşdirilib.
Təlimdə Azərbaycanla yanaşı, 10 ölkə, o cümlədən Albaniya, Kanada, Kolumbiya, İsrail, Yaponiya, Livan, Malayziya, Cənubi Afrika Respublikası, Özbəkistandan olan nümayəndələr iştirak edib.