BMU kollektivi ITACA layihəsi çərçivəsində keçirilən görüşdə iştirak ediblər

BMU kollektivi ITACA layihəsi çərçivəsində keçirilən görüşdə iştirak ediblər

        23-27 may tarixlərində Azərbaycanın da 4 universitetinin təmsil olunduğu “Azərbaycanda Fövqəladə Ekoloji Hallar üzrə diplomdan sonrakı 3-cü tsikl yüksək kurslara dəstək üçün İnnovativ Tədris Mərkəzi (ITACA) layihəsi” əsasında Danimarkanın Aalborq Universiteti və İspaniyanın Granada Universitetlərində görüşlər keçirilmişdir.

Görüşdə Bakı Mühəndislik Universitetinin kollektivi fəal iştirak etmişdir. Aalborq universitetində əsasən layihə əsaslı öyrənmə və bunun tədris prosesində tətbiqi ilə bağlı müzakirələr aparıldı. Granada Universitetində isə BANM-da qurulmuş Təlim Mərkəzində kurs keçəcək tələbələrin seçim prosesi və tədris olunacaq mövzular müəyyən olundu.

Görüşdə bir sıra əsas məsələlər müzakirə olundu və qərarlar qəbul edildi.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İtaliyanın Roma Sapienza Universitetinin rəhbərliyi ilə icra olunan “ITACA” Erasmus+ KA2 layihəsi haqqında daha ətraflı məlumatı www.itacaproject.eu linkindən əldə etmək mümkündür.

 

 


 

 

Digər xəbərlər