Bakı Mühəndislik Universitetinin (BMU) Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi və layihə meneceri Nərmin Ələkbərova “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” Erasmus+ layihəsinin ilk monitorinq görüşündə iştirak edib.
Azərbaycanın Milli Erasmus+ Ofisinin təşkilatçılığı ilə baş tutan tədbirdə layihə fəaliyyətlərinin icrası zamanı yarana biləcək risklər və onların aradan qaldırılması yolları, yerli layihə tərəfdaşlarının qarşılaşdığı problemlər, həmçinin layihənin uğurla həyata keçirilməsi ilə bağlı təklif və tövsiyələr dinlənilib.
Eyni zamanda, Azərbaycanın Milli Erasmus+ Ofisi ali təhsil müəssisələrinin müvafiq əməkdaşlarını Erasmus+ proqramı çərçivəsində növbəti proqram çağırışları barədə məlumatlandırıb.
BMU-nun tərəfdaşı olduğu layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihənin koordinatoru isə Bakı Biznes Universitetidir.