Bakı Mühəndislik Universitetinin (BMU) Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərova “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin üçüncü menecer görüşündə iştirak edib.
Görüşün məqsədi layihə çərçivəsində birinci iş paketi üzrə aparılan tədqiqatın nəticələri, görülmüş işlərin yekunu barəsində məlumatlarımn verilməsi olub. Bununla yanaşı, ikinci iş paketi üzrə gələcək 6 ayda görüləcək işlərlə əlaqədar informasiyalar da diqqətə çatdırılıb.
Tədbirə layihənin xarici tərəfdaşları qismində Polşa Rektorlar Konfransının, Litvanın Mykolas Romeris Universitetinin, İsveçin Kral Texnologiya Universitetinin, Belçikanın EFMD Beynəlxalq Biznes Universitetlər Birliyinin məsul nümayəndələri də qatılıb.