BMU-nun əməkdaşları “İTACA” Erasmus+ KA2 layihəsi çərçivəsində keçirilən görüşdə iştirak ediblər

BMU-nun əməkdaşları “İTACA” Erasmus+ KA2 layihəsi çərçivəsində keçirilən görüşdə iştirak ediblər

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları BMU-nun tərəfdaş olduğu “Azərbaycanda Fövqəladə Ekoloji Hallar üzrə diplomdan sonrakı 3-cü tsikl yüksək kurslara dəstək üçün İnnovativ Tədris Mərkəzi (ITACA)” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində təşkil olunan görüşdə iştirak ediblər. Əməkdaşlarımız Pərviz Həsənov, Yusif Abdullayev və Arif Nəcimov aparılan müzakirələrdə öz təkliflərini bildiriblər.

Görüşün təşkil olunmasında məqsəd cari ilin noyabr ayının əvvəlində “İTACA” Erasmus+ KA2 layihəsi çərçivəsində İnnovativ Tədris Mərkəzinin (İTM) açılışı üçün hazırlıq işlərinin müzakirəsi, alınmış avadanlıqların yerləşdirilməsi və istifadəsi ilə əlaqədar texniki-təşkilati məsələlərin müzakirəsi olub.

Üç il davam edəcək layihənin icrası müddətində universitet və sənaye arasındakı əlaqələrin möhkəmlənməsinə töhfə vermək üçün Avropa İttifaqının və yerli qurumların, eləcə də ətraf mühitə təsir edən neft və qaz istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin iştirak edəcəyi İTM-də müxtəlif ekoloji problemlərin həllinə yönəlmiş tədqiqat işləri və təlimlər təşkil olunacaq. Mərkəzdə, həmçinin Avropa İttifaqının tərəfdaş universitetlərinin təcrübəsinə əsaslanaraq yerli ali təhsil sisteminin modernləşməsinə imkan verən innovativ tədris metodologiyası öyrənildikdən sonra yerli tərəfdaş universitetlərdə tətbiqi nəzərdə tutulub.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İtaliyanın Roma Sapienza Universitetinin rəhbərliyi ilə icra olunan layihə haqqında daha ətraflı məlumatı linkdən (www.itacaproject.eu) əldə etmək olar.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbində təşkil olunan tədbirə layihənin digər yerli tərəfdaş universitetlərinin (Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti) nümayəndələri də qatılıb.

BMU-nun əməkdaşları “İTACA” Erasmus+ KA2 layihəsi çərçivəsində keçirilən görüşdə iştirak ediblər

Digər xəbərlər