Bakı Mühəndislik Universitetinın (BMU) tərəfdaş olduğu “Slow Tourism Management” adlı “Erasmus-EDU-2022-EMJM-DESIGN” layihəsi çərçivəsində Gürcüstanın Avropa Universitetində görüş keçirilib. BMU-nun Biznesin idarə edilməsi kafedrasının müdiri Rasim Abutalıbovun iştirak etdiyi görüşə Azərbaycanla yanaşı, 5 ölkədən (Polşa, Macarıstan, Gürcüstan, Çexiya, Türkiyə) 7 universitetin nümayəndələri qatılıb.
Toplantida Polşanın Vroslav Biznes Tətbiqi Elmlər Universitetinin koordinatoru olduğu adıçəkilən layihə üzrə birgə əməkdaşlıq çərçivəsində görülən işlər nəzərdən keçirilib. Eyni zamanda transmilli magistr proqramının təşkili, tədris olunacaq fənlər kataloqu, kurrikulum, sillabus hazırlanması, qlobal əmək bazarının tələblərinə uyğun müəyyən olunan öyrənmə hədəfləri, tələbə mübadiləsi müqaviləsi şərtləri, verifikasiya qaydaları ilə əlaqədar məsələlər müzakirə edilib.