Bakı Mühəndəslik Universiteti Beynəlxalq Əlaqələr üzrə prorektoru dos. Manafəddin Namazov Gürcüstanın Akaki Tseretelli Dövlət Universitetinin prorektoru cənab George Gavtadze ilə görüş keçirmişdir. Görüşdə iki universitet arasında gələcəkdə görüləcək işlər, qış-yay məktəbinin təşkili barəsində müzakirələr aparılmışdır. Əməkdaşlığın ilk addımı olaraq iki universitet arasında Anlaşma Memorandumu imzalanmışdır.
Cənab George Gavtadze görüşdən məmnun qaldığını və əməkdaşlığın uzunmüddətli – məhsuldar olacağını bildirdi.