Bakı Mühəndislik Universiteti (BMU), öz beynəlxalq əlaqələrini, xarici tərəfdaş universitetlərlə əməkdaşlığını, əcnəbi tələbə və müəllimlərin universitetə cəlb olunmasını, müxtəlif beynəlxalq proqram və layihələrdə iştirak etməyi, həmçinin universitetin beynəlxalq arenada imicinin formalaşması və nüfuzunun artması istiqamətində Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsi vasitəsilə Universitetin nizamnaməsinə, əsasnamə və digər normativ-hüquqi sənədlərə uyğun məqsədyönlü formada qurub və inkişaf etdirilməsi üçün fəaliyyət göstərməktədir.

 

Qeyd olunanları nəzərə alaraq universitetin beynəlxalq əlaqələrinin əsas missiyası, universitetin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, beynəlxalq proqram və layihələrdə aparıcı (koordinator) və tərəfdaş universitet qismində iştirakı təmin etmək, beynəlxalq standartlara uyğun kadr hazırlığı, tədris-metodiki vəsaitin, həmçinin müasir avadanlıqlarla təmin olunan laboratoriyaların təşkilinə və elmi tədqiqat işləri sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, akademik və administrativ heyətin kadır potensialının daim inkişafına dəstək olmaqla beynəlxalq arenada nümunəvi universitetə çevrilməkdir.

 

Qeyd olunanlarla yanaşı universitetin maraqlarına və aktual məsələlərə həsr olunan layihələrin hazırlanması və Universitetin bu kimi layihələrdə fəallığının artırılması, Universitetin tanıdılması məqsədi ilə təşkil olunan yerli və müxtəlif beynəlxalq konfransların, simpoziumların, seminarların, görüşlərin və digər elmi-mədəni tədbirlərin təşkil olunması, beynəlxalq təşkilatlar və səfirliklərlə fasiləsiz işlər aparmaqdadır.

 

Əlavə olaraq qeyd edək ki, Prorektorluğun tərkibində fəaliyyət göstərən Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsi layihələrin hazırlanması və idarə olunması, universitetin beynəlxalqlaşdırılması, əcnəbi tələbə və müəllimlərin tədrisə/işə qəbulu zamanı onlara miqrasiya və müxtəlif məsləhətlər də verməklə məşğul olur. Bütün bu işlərlə yanaşı şöbə universitetin bütün təşkilati struktur bölmələri, fakültə və kafedraları ilə koordinasiyalı çalışır.

 

Şöbənin veb-saytı (http://iro.beu.edu.az/ | [ link ]), sosial mediyada səhifələri (https://www.facebook.com/pg/iro.beu.edu.az [ link ] və https://www.linkedin.com/company/iro-beu-edu-az [ link ]) də vardır ki, bunlar vasitəsilə şöbə universitetin beynəlxalq əlaqələr sahəsindəki bütün yeniliklərini, xəbərləri və elanları operativ universitetin tələbə və müəllimlərinə, həmçinin ictimaiyyətə çatdırmaq işində səmərəli istifadə edir.