Layihə haqqında:

 

Layihənin adı: ITACA - Azərbaycanda İnnovativ Tədris Mərkəzinin qurulması (609758-EPP-1-2019-1-IT-EPPKA2-CBHE-JP) Erasmus+ KA2 layihəsi

 

Qrant qalibi / koordinator: Roma Universiteti La Sapienza (İtalya)

 

Layihənin müddəti: 3 il (2019-2022)

 

Daha çox məlumat üçün website: https://www.itacaproject.eu/ | [ LINK ]

 

 

 
Azərbaycanda Fövqəladə Ekoloji Hallar üzrə diplomdan sonrakı 3-cü tsikl yüksək kurslara dəstək üçün İnnovativ Tədris Mərkəzi (ITACA) layihəsi, universitet və sənaye arasındakı əlaqələrin möhkəmlənməsinə töhfə vermək üçün Avropa Birliyi (AB) və yerli qurumların, eləcə də ətraf mühitə təsir edən neft və qaz istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin iştirak etdiyi Təlim Mərkəzinin dizaynı və qurulması ilə məşğul olur. 
 
Tədris Mərkəzi, sənaye ilə akademik qurumlar arasında təşkil edilmiş əməkdaılıq vasitəsilə magistraturadan sonrakı 3-cü dövr bir illik kursların layihəsini hazırlayır və inkişaf etdirr. Azərbaycanda mövcud ali təhsil sistemində PhD kurslarından fərqli olan magistraturadan sonrakı 3-cü dövr bir illik tədris mövcud deyil, halbuki AB-də, xüsusilə ekologiya və ətraf mühit elmləri, mühəndislik sahəsində bu cür təhsilin uğurlu olduğu sübut edilmişdir.
 
Universitetlər və sənaye sahələri arasında körpü təşkil edən bu yeni növün tədisin tətbiqi, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində yaranan problemlərin həllinə kömək edə bilər. Mərkəzdə Avropa universitetlərinin təcrübəsinə əsaslanaraq yerli ali təhsil sisteminin modernləşməsinə imkan verən innovativ tədris metodologiyası tətbiq ediləcəkdir.
 
 
MƏQSƏD VƏ MƏSƏLƏLƏR
 
 Planlaşdırılan tədbirlər:
 
  • AB və Azərbaycan universitetlərinin, eləcə də maraqlı tərəflərin ətraf mühitin yaxşılaşdırılması sahəsində təcrübələrini. innovativ texniki, elmi biliklərini ölkədəki ekoloji problemlərlə məşğul olacaq Təlim Mərkəzinin dizaynı və qurulması;
  • ətraf mühitin yaxşılaşdırılması üzrə magistraturadan sonrakı 3-cü dövr bir illik qabaqcıl kursun dizaynı və inkişafı, bu sahədə mövcud fövqəladə halların həlli üçün tətbiq ediləcək yeni texnologiyalara üzrə bilikli mütəxəssislər yetişdirmək;
  • akademik elm və sənaye sektorları arasında körpü yaradılması baxımından, mövcud yerli alui təhsil sistemində (doktorantdan başqa) bu yeni təhsil növünün (3-cü dövr) tətbiq olunmasının məqsədəuyğunluğunun qiymətləndirilməsi; 
  • tələbələrin əmək bazarına daxil olmasına imkanlar yaratmaq, bununla da Azərbaycan şirkətlərində texniki işçilərin keyfiyyətinin artırılmasına və milli, beynəlxalq səviyyədə rəqabət qabiliyyətlərinin artırılmasına töhfə vermək;
  • problemli təlim və layihə işlərindən ibarət innovativ və daha praktik tədris metodi kasını tətbiq etmək.


Layihədən gözlənilən nəticələr:
 
  • Azərbaycan universitetlərinin modernləşməsinə töhfə vermək və Azərbaycanda neft və qaz hasilatı fəaliyyətinin təsirinə məruz qalan torpaq və suyun təmizlənməsi, tullantıların idarə olunması sahəsində mühəndis və texniki mütəxəssislərin ali təhsilini qüvvətləndirmək, məzunların və işçilərin məşğulluğunu, sahibkarlıq qabiliyyətlərini yaxşılaşdırmaq və sürətləndirmək;
  • ətraf mühitin bərpası və tullantıların idarə olunması sahəsində yeni qabaqcıl texnologiyaları tətbiq etmək;
  • neft və qaz hasilatı sənayesinin daha davamlı olmasını təmin etmək.