BMU-nun əməkdaşı Erasmus+KA1 proqramı çərçivəsində Akdeniz Universitetində olub

BMU-nun əməkdaşı Erasmus+KA1 proqramı çərçivəsində Akdeniz Universitetində olub

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin tyutoru, Logistika və nəqliyyat texnologiyaları kafedrasının müəllimi Fuad Həsənov Erasmus+KA1 mübadilə proqramı çərçivəsində Türkiyənin Akdeniz Universitetində olub.

Bir həftə davam edən səfər zamanı Akdeniz Universitetinin Tətbiqi elmlər fakültəsi, Beynəlxalq əlaqələr ofisi və “Finike Meslek Yüksekokulu”nda bır sıra görüşlər keçirilib.

Görüşlərdə hər iki universitetin təhsil və tədris sistemləri, ölkələrin nəqliyyat və logistik fəaliyyətləri haqqında geniş məlumat mübadiləsi aparılıb. Müzakirələr zamanı təhsil

müəssisələri üçün qarşılıqlı fayda doğuracaq nəticələr əldə edilib.

Qalareya şəkilini seçin

BMU-nun əməkdaşı Erasmus+KA1 proqramı çərçivəsində Akdeniz Universitetində olub

Digər xəbərlər