Erasmus+ KA2 layihəsi çərçivəsində yekun konfrans keçirilib

Erasmus+ KA2 layihəsi çərçivəsində yekun konfrans keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaşı olduğu, Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linkopinqs Universitetinin rəhbərliyi ilə icra olunan “Tərəfdaş universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı magistr proqramlarının hazırlanması (MAGnUS)” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində yekun konfrans keçirilib.

Konfransada BMU əməkdaşları - Mühəndislik fakültəsinin Tədris işləri üzrə dekan müavini Əli Həsənov, Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərova və Tədris işləri üzrə prorektorluğun elektron sistem inzibatçısı Rauf Süleymanlı iştirak ediblər.

Tədbirdə Azərbaycan Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov layihənin Azərbaycan ali təhsil sisteminə qatdığı üstünlüklər haqda məlumat verib.

Layihənin koordinatoru professor Janerik Lundquist bütün tərəfdaş universitetlərə töhfələrinə görə minnətdarlığını bildirib, layihə çərçivəsində əldə edilən nailiyyətlərin davamlı olmasını arzu edib.

Konfransda “Game laboratories”, “Mobile Applications”, “Scientific point of view: Designing of the mobile games for education using AI and AE” mövzularına dair plenar iclaslar keçirilib.

Erasmus+ KA2 layihəsi çərçivəsində yekun konfrans keçirilib

Digər xəbərlər