Roma Sapienza Universiteti yeni çağırışlar elan edir

                         

                                                                                                                                 

E L A N

BMU tələbələrinin nəzərinə, 

BMU-nun Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi İtaliyanın Sapienza Universiteti 2021/2022-ci tədris ili qış semestri üçün (Fevral 2022 – Iyul 2022 tarixlərinə) müsabiqə elan edir.

Tələbələr sözügedən universitetdə bir semestrlik təhsil almaq imkanı əldə edə bilərlər. Müsabiqədə Bakalavr, Magistratura və Doktorantura tələbələri iştirak edə bilər.

İlk seçim mərhələsi Erasmus+ KA1 mübadilə proqramında iştirak etmək istəyənlər tələb olunan sənədləri online formada aşağıdakı təqdim olunan link vasitəsilə göndərməlidirlər:

1.     Transkript (ümumi ortalama 85+);

2.     Beynəlxalq dil sertifikatı (ingilis dilində tədris alanlara şamil edilmir);

3.     Motivasiya məktubu;

4.     Tövsiyyə məktubu;

5.     Tərcümeyi-hal (CV);

    6.     Akademik heyət tərəfindən təsdiq məktubu (Doktorantura tələbələrinə şamil edilir);

7.     Ətraflı tədqiqat haqqında məlumat (Doktorantura tələbələrinə şamil edilir).

Qeyd: Müracət etməzdən əvvəl mütləq dərslərin uyğunluğuna baxmağınız xahiş olunur. Tələb olunan sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.

Bakalavr və Magistratura tələbələri üçün ingilis dilində tədris olunan dərslər təqdim olunan linkdə qeyd olunmuşdur: https://corsidilaurea.uniroma1.it/en

 

Doktorantura tələbələri ingilis dilində proqramla təqdim olunan linkdən tanış ola bilərlər:    https://www.uniroma1.it/en/pagina/list-phd-programmes 

Tələb olunan sənədləri    05.10.2021-ci il   tarixinə kimi  təqdim olunan  qeydiyyat (https://forms.gle/PXU2uQ5jVh7Pbhea7 ) linkinə daxil olaraq yükləməyiniz xahiş olunur.

Əlavə sual yaranarsa Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərovaya müraciət edə bilərsiniz (email: nalakbarova@beu.edu.az ).

Digər xəbərlər